ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndin prezident seçkilərindən əvvəl hazırlanmasının mümkün ola biləcəyini açıqlayıb.
Bu barədə D. Tramp “Geraldo Rivera” radio proqramına müsahibəsində bildirib.
ABŞ Prezidenti COVID-19 peyvəndinin lap yaxın müddətdə hazır ola biləcəyini vurğulayıb.
Aparıcının “Noyabrın 3-dən də tez?” sualına isə ABŞ Prezidenti belə cavab verib: “Bəli, düşünürəm ki, qeyd etdiyiniz tarixdən də əvvəl bu mümkündür, lakin ümumilikdə həmin ərəfəyə də düşə bilər”/APA.