XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

06 Avqust 2020 - 21:56

Almaniyada son üç ay ərzində rekord sayda sutkalıq yoluxma qeydə alınıb

Almaniyada son üç ay ərzində rekord sayda sutkalıq yoluxma müşahidə edilib.

Azərtac pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, avqustun 5-də Almaniyada 1024 nəfər koronavirusa yoluxub. İndiyə qədər ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 214 min 494 nəfərə, ölənlərin sayı isə 9 min 248 nəfərə çatıb. Yoluxanlardan 196 min 100 nəfər sağalıb, 9 min 146 nəfərin müalicəsi isə davam edir.

Almaniya KİV-lərinin məlumatına görə, yoluxma hallarında qeydə alınan yüksək artım minlərlə almaniyalının yay tətilindən qayıtması və bir neçə federal əyalətdə dərs ilinin başlaması ilə əlaqədar ola bilər.

Ölkənin Səhiyyə naziri Yens Şpan Berlində təcili mətbuat konfransı keçirib və pandemiyanın başa çatmadığını deyib. “Həyat adi axarına qayıtmayıb. Pandemiya buradadır və o, hələ ki, burada qalacaq”, – deyə nazir bildirib. Onun sözlərinə görə, almanların əksəriyyəti hazırda guya buradakı vəziyyətin digər dövlətlərdən yaxşı olduğu ilə bağlı yaranan süni təhlükəsizlik hissi ilə yaşayır və bu səbəbdən ehtiyat tədbirlərini zəiflədir.

Yens Şpan bildirib ki, payız aylarında virusun yayılmasını nəzarət altında saxlamaq çətin ola bilər(azərtac).