XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

06 Avqust 2020 - 23:08

Ukrayna paytaxtında sərt karantin rejimi tətbiq edilə bilər

Kiyevin hakimiyyət orqanları xəbərdarlıq ediblər ki, paytaxtda koronavirusun sürətlə yayılacağı təqdirdə sərt karantin rejimi tətbiq edilə bilər. Ötən gün Kiyevdə COVID-19 xəstəliyinə 180 yeni yoluxma faktı qeydə alınıb.

Azərtac xəbər verib ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bəyan edib.

O, vətəndaşları koronavirusa yoluxma təhlükəsinə ciddi yanaşmağa çağırıb.

Kliçko deyib: “Əgər xəstəlik sürətlə yayılarsa, o halda yenidən ciddi məhdudiyyətlərə qayıtmalı olacağıq. Bunun baş verib-verməməsi bu gün hər birimizdən asılıdır, ən sadə qaydalara nə dərəcədə riayət etməyimizdən, öz sağlamlığımıza necə diqqətlə yanaşmağımızdan asılıdır”.

Xatırladaq ki, Ukraynada artıq iki gündür ardıcıl olaraq yeni yoluxmaların sayında antirekord müşahidə edilir, avqustun 5-də 1318 nəfərin bu xəstəliyə yoluxması faktı təsdiqlənib.

Avqustun 5-nə olan vəziyyətə görə, Ukraynada 12 region karantinin yumşaldılmasına hazır deyil, onların arasında Kiyev də var. Ölkə paytaxtında xəstəliyin dinamikasının göstəricisi həddini aşıb.