İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 402 nəfər artıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Bu, 518 yeni yoluxma halının aşkarlandığı 5 iyun tarixindən bəri maksimal sutkalıq artımdır.
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 6 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 35 187 nəfərə çatıb. Ölkə xəstəxanalarında hazırda 762 koronaviruslu xəstə var, onlardan 42-si intensiv terapiya şöbəsindədir. Bütün pandemiya dövrü ərzində yoluxmuş 249 204 nəfərdən 201 323 nəfər sağalıb. (apa)