XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2020 - 11:19

Almaniyada son sutkada 1 147 nəfər koronavirusa yoluxub –Robert Kox İnstitutu

Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 147 yoluxma halı qeydə alınıb. 

“Reuters”in verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, ölkədə indiyədək virusa yoluxanların ümumi sayı 214 214 nəfərə çatıb. 

Son 24 saat ərzində 8 nəfər vəfat edib ki, bununla da Almaniyada indiyədək koronavirusdan ölənlərin ümumi sayı 9 183 nəfər çatıb. (apa)