XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

07 Avqust 2020 - 14:38

İranda COVID-19:ölənlərin sayı 18 mini ötüb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 156 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 132 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 450 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 322 567 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 279 724 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 4 136 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)