Beyrutda baş vermiş partlayış nəticəsində yaralananlar Türkiyə xəstəxanalarında müalicə oluna bilərlər.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident bildirib ki, Türkiyə çətin günlərdə Livan xalqını öz kədəri ilə tək qoymayacaq: “Türkiyə böhranlı vəziyyətdən çıxması üçün Livana istənilən köməyi göstərməyə hazırdır”.