XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2020 - 19:53

Roma papası Livana maliyyə yardımı edib

Roma papası I Fransisk Beyrut limanında baş vermiş güclü partlayış nəticəsundə zərər çəkən insalara dəstək məqsədilə Livan kilsəsinə 250 min avro ianə verib.

Trend-in məlumatına görə, maliyyə yardımı Beyrutdakı apostol nunsiaturası vasitəsilə verilib.

Roma papası, həmçinin Livan xalqına dəstək olduğunu açıqlayıb.

Xatırladaq ki, Beyrut limanında baş vermiş partlayış nəticəsində 154 nəfər ölüb. 5 mindən çox şəxs yaralanıb.