Misirdə yaşayış binasının çökməsi nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər ölüb.
“Al-Masry Al-Youm” qəzeti xəbər verir ki, hadisə Əl-Məhəllə-əl-Kübra şəhərində baş verib.
Hadisə yerinə xilasedicilər cəlb edilib. Dağıntılar altından 2 nəfəri xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır. (report)