XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 Avqust 2020 - 10:55

“Hizbullah” lideri Beyrut partlayışı ilə heç bir əlaqələrinin olmadığını bildirib

“Hizbullah” lideri Həsən Nəsrullah rəhbərlik etdiyi təşkilatın Beyrut dəniz limanında baş vermiş partlayışla heç bir əlaqələrinin olmadığını bildirib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Jazeera” məlumat yayıb.

Şiə qruplaşmasının rəhbəri bildirib ki, sözügedən limanın ərazisindəki anbarda onlara məxsus heç bir silah-sursat və ya maddi sübut olmayıb.

O, partlayışı törədənlərin harada olduqlarından asılı olmayaraq, aşkar edilib cəzalandırılacağına ümid etdiyini söyləyib.