XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 Avqust 2020 - 22:31

Karantin qaydalarını pozan xarici tələbələr yaşayış hüququndan məhrum olunacaq- Bu ölkədə

Estoniyada növbəti tədris ilində xarici tələbələrin karantin qaydalarını pozması ölkə sakinləri üçün ciddi fəsadlara gətirib çıxara bilər. Buna görə universitetlərin mühafizəkar üsulları təsdiq edilib.

Azərtac xəbər verir ki, bu sözləri Estoniyanın Təhsil və Elm naziri Maylis Reps söyləyib.

M.Reps qeyd edib ki, xarici tələbələrin karantin qaydalarına riayət etməməsi onlar üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.

“Üçüncü ölkə vətəndaşlarına ölkə ərazisinə daxil olmağa icazə verən qərarda onların 14 gün ərzində özünütəcrid rejimini pozması halları baş verəcəyi təqdirdə, Estoniyada müvəqqəti yaşamaq hüququndan məhrum ediləcəkləri əksini tapıb”, – deyə nazir bildirib.