XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 Avqust 2020 - 22:52

Böyük Britaniyaya gələn turistlər karantinə salınacaq

Böyük Britaniyanın Baş Naziri Boris Conson ölkəsinə gələn xarici turistləri karantinə salmaqdan çəkinməyəcəklərini söyləyib. O, insanların sağlamlığını qorumaq üçün bu sistemə qayıda biləcəklərini bildirib.

Belə ki, Belçika, Baham adaları və Andorradan gələn turistlər 14 günlük özünütəcrid qaydalarına əməl etməli olacaqlar. Son günlər Fransada koronavirusa yoluxma hallarında artım müşahidə olunduğu üçün qayda bu ölkədən gələnlərə də tətbiq oluna bilər.

Qeyd edək ki, artıq İspaniyadan gələn turistlərə 14 günlük karantin rejimi tətbiq olunur(azərtac).