XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 August 2020 - 13:06

Lukaşenko:"Belarus vətəndaş müharibəsinə sürüklənməyəcək"

Prezident seçkilərindən sonra Belarus xaos və vətəndaş müharibəsinə sürüklənməyəcək.

Bunu bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.

Lukaşenko deyib ki, bütün variantlar nəzərdən keçirilir: Ancaq sabah ölkənin xaosa, qarşıdurmaya, vətəndaş müharibəsinə sürüklənəcəyi barədə danışmağın əsası yoxdur.

Qeyd edək ki, bu gün Belarusda prezident seçkiləri keçirilir. Prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır. /APA