Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko ölkədə bu gün keçirilən prezident seçkilərində qalib gəlib.
Bu barədə “MİR” telekanalı tərəfindən keçirilən “exit poll”un nəticələrində bildirilir.
Sorğunun nəticələrinə əsasən qeyd edilir ki, hazırkı dövlət başçısı seçicilərin 79,7 faizinin səslərini toplayıb. Onun rəqibi, tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya isə seçkilərdə 6,8 faiz səs yığa bilib.