XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

09 Avqust 2020 - 22:14

Beyrutda nümayişçilər Əmək Nazirliyinin binasına daxil olub

Bu gün Beyrutda etiraz aksiyası keçirən nümayişçilər Əmək Nazirliyinin binasına daxil olublar.

Bu barədə “Al-Hadat” telekanalı məlumat yayıb.

Bildirilib ki, “Dövlət bizik” şüarını səsləndirən nümayişçilər daha sonra Məcburi Köçkünlər Nazirliyinin binasına da daxil olaraq inzibati binada bir sıra dağıntılar törədiblər.

Livan Silahlı Qüvvələrinin rəhbərliyi “Al Arabiya” telekanalı vasitəsilə etirazçılara radikal addımlar atmamaları ilə bağlı xəbərdarlıq edib.

Müraciətdə bildirilib ki, qanun pozuntusuna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaq.