Martın 18-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqası yarışlarının dörddəbir final mərhələsinin püşkü atılıb.
Martın 17-də keçirilən cavab görüşlərindən sonra “Liverpul” (İngiltərə), “Braqa” (Portuqaliya), “Vilyareal“, “Sevilya”, “Atletik Bilbao” (hər üçü İspaniya), “Sparta” (Çexiya), “Şaxtyor” (Ukrayna) və “Borussiya” (Dortmund, Almaniya) komandaları UEFA Avropa Liqasının dörddəbir final mərhələsində oynamaq hüququ qazanıb.
Püşkatmanın nəticəsinə görə, turnirin dörddəbir final mərhələsində “Braqa” və “Şaxtyor”, “Vilyareal“ ilə “Sparta”, “Atletik Bilbao” və “Sevilya”, “Borussiya” ilə “Liverpul” komandaları qarşılaşacaq.
UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin oyunları aprelin 7-də və 14-də keçiriləcək(Azərtac).