XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

10 Avqust 2020 - 14:37

İranda koronavirus: son sutkada 189 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 189 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 616 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 132  yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 328 844 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 286 642 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 993 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)