ABŞ və Rusiya arasında keçirilən strateji sabitlik danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyənləşib.
Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Danışıqlar 16-18 avqust tarixlərində Vyanada keçiriləcək”, – deyə nazir müavini vurğulayıb.
Qeyd edək ki, daha öncə, iyunun 22-də S. Ryabkov ABŞ Prezidentinin Silahlara Nəzarət üzrə Xüsusi Elçisi Marşal Billinqsli ilə Vyanada strateji sabitlik mövzusunda danışıqlar keçirib. (apa)