XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

10 Avqust 2020 - 20:30

Lukaşenkonun əsas rəqibi olmuş Tixanovskaya etiraz aksiyalarında iştirak etməyəcək

Belarusda prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya etiraz aksiyalarında iştirak etməyəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun mətbuat katibi Anna Krasulina məlumat verib.

O, S. Tixanovskayanın bu qərarı təxribatlardan qaçmaq üçün qəbul etdiyini açıqlayıb.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib.

Mərkəzi Seçki Komitəsi seçicilərin 80,08 faizinin Aleksandr Lukaşenkoya, 10.09 faizinin S. Tixanovskayaya səs verdiklərini açıqlayıb.

Nəticələrə etiraz olaraq dünən gecə paytaxt Minskdə və digər şəhərlərdə aksiyalar keçirilib. Aksiyalar zamanı polislə toqquşmalar baş verib. Xəsarət alanlar və saxlanılanlar var.