XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

10 Avqust 2020 - 21:12

Livan hökuməti istefa verib- Parlamentin buraxılması da tələb edilir

Livan hökuməti istefa verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Səhiyyə naziri bildirib.

Bununla da Livan hökuməti ölkə əhalisinin tələblərindən birini yerinə yetirib. Vətəndaşlar həm də parlamentin buraxılmasını  və islahatların həyata keçirilməsini tələb edirlər.

Qeyd edək ki, Beyrut limanında baş verən partlayışdan sonra ölkədə nümayişlər keçirilir.

Avqustun 4-də baş verən partlayışda 200 nəfərin həlak olduğu, onlarla insanın itkin düşdüyü, 6 minədək insanın yaralandığı bildirilir.