XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 August 2020 - 23:14

Türkiyədə koronavirusa yoluxanların sayı 242 minə çatır –Səhiyyə naziri

Son gün ərzində Türkiyədə koronavirusdan daha 14 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 858 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 193 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 241 997-yə yüksəlib.

Eyni zamanda son sutkada virusa yoluxmuş 1 211 pasiyent sağalıb. Hazırda Türkiyədə koronavirusdan sağalanlarlın sayı 224 970 nəfər təşkil edir. (report)