XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 August 2020 - 23:42

Slovakiya rusiyalı diplomatları ölkədən çıxarıb –Səbəb

Slovakiya Rusiya diplomatlarını casusluqda ittiham edərək ölkədən çıxarıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Slovakiyanın “Markiza” kanalı isə bildirib ki, söhbət üç diplomatdan gedir. Bildirilib ki, onlar Rusiya xüsusi xidmət orqanlarının işçiləridir.

Xatırladaq ki, 2018-ci ildə də Slovakiya rusiyalı diplomatın casusluq fəaliyyəti ilə məşğul olduğunu iddia edərək onu ölkədən göndərib. (report)