XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Mart 2016 - 18:32

Braziliyada gərginlik:prezidentin tərəfdarları ilə əleyhdarları toqquşdu

brazil

Braziliyada prezident administrasiyasının rəhbəri vəzifəsinə Dilma Russeffin xələfi, korrupsiyada ittiham edilən sabiq prezident Luis İnasiu Lula da Silvanın təyin olunması əhali arasında yeni narazılıq dalğası yaradıb.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, Dilma Russeff ilə Lula da Silvanın danışıqlarının məzmunu məlum olduqdan sonra ölkənin iri şəhərlərində prezidentin istefasını tələb edən çox minlik nümayişlər keçirilib. Russeffin tərəfdarları ilə əleyhdarları arasında toqquşmaların baş verdiyi bildirilir. Müxalifət liderləri ölkənin hazırkı başçısının bu addımı özünün siyasi sələfini məhkəmədən qorumaq üçün atdığını deyirlər.

Federal hökumət Lupa da Silvanın prezident administrasiyasının başçısı vəzifəsinə təyinatının qanunsuz olduğu qərarını verən hakimə etiraz edib. Braziliya parlamentinin aşağı palatası isə prezidentin impiçmenti üzrə komissiyanın yaradılmasına səs verib.

Dilma Russeffin hakimiyyətdən kənarlaşdırılması prosesinin başlanması haqda xəbərlər Braziliya birjalarında kotirovkaların yüksəlməsinə səbəb olub. San-Paulu fond birjasında “Bovespa” indeksi təxminən 7 faiz artıb.