XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2020 - 09:45

Tramp:“Biz virusu siyasiləşdirməyi dayandırmalıyıq"

ABŞ prezidenti Donald Tramp koronavirus infeksiyasının siyasiləşdirilməsinə son qoymağa çağırıb və virusun Birləşmiş Ştatlara necə gəldiyini müəyyən etməyə söz verib.

Bu barədə o, jurnalistlərlə görüşündə bildirib.

“Biz virusu siyasiləşdirməyi dayandırmalıyıq və bunun əvəzində infeksiyanın ABŞ-a, bütün dünyaya necə gəldiyini qınamaq üçün birləşməliyik. Bunu axtarmaq və müəyyən etmək niyyətindəyik”, – Tramp belə deyib.

ABŞ liderinin sözlərinə görə, bu virusa qalib gəlmək üçün dünya ölkələri birlikdə çalışmalıdırlar: “ABŞ rəhbərliyi mümkün qədər çox insanın həyatını xilas etmək niyyətindədir. Biz bunun üçün başqa ölkələrlə də işləyirik”.

APA