“İranda casusluqda ittiham olunan daha 5 nəfər saxlanılıb”.
Bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, saxlanılan şəxslər İran Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Nüvə Enerjisi Təşkilatında çalışıblar.
Q.İsmaili qeyd edib ki, bundan öncə saxlanılan 2 casus haqqında hökm çıxarılıb/APA.