XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2020 - 22:05

Ukraynada koronavirusun ikinci dalğası gözlənilir- Payızın sonunda

Payızın sonunda Ukraynada koronavirusun ikinci dalğası gözlənilir. Oktyabr və ya noyabr aylarında xəstələrin sayının xeyli artacağı ehtimal olunur.

Azərtac xəbər verir ki, Ukraynanın Səhiyyə naziri Maksim Stepanov bu fikirləri brifinqdə səsləndirib.

Onun sözlərinə görə, Ukraynada COVID-19-un ikinci dalğası üçün təxminən 10 min pasiyent qəbul edə biləcək xəstəxanalar hazırlanıb.

Nazir qeyd edib ki, bütün xəstəxanalarda təchizat işlərini maksimum sürətlə yekunlaşdırmağa çalışırlar. Ölkədə mərkəzləşdirilmiş şəkildə oksigenlə təchiz olunan çarpayıların sayı artırılıb.