XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2020 - 22:35

Böyük Britaniyada 730 min insan işsiz qalıb- Mart–iyul ayları ərzində

Böyük Britaniyada mart–iyul ayları ərzində 730 min insan işsiz qalıb.

Milli Statistika İdarəsi tərəfindən edilən açıqlamada koronavirus epidemiyasının 18-24 yaş qrupunda və 65 yaşdan yuxarı olan işçilərə təsir etdiyi bildirilib.

Ölkədə işsizlik nisbəti 3,9 faizdir. Mütəxəssislər bu nisbətin 2021-ci ilin ortalarına qədər 7.9 faizə qədər yüksələ biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Xatırladaq ki, HSBC, British Airways, BP, Rolls Roys, Virgin Atlantik, Ryanair və İzijet də daxil olmaqla bir neçə şirkət minlərlə insanın işdən çıxarılacağını açıqlayıb(azərtac).