Pandemiya Gürcüstanda bir çox proseslərə, o cümlədən investisiyaların cəlb olunması prosesinə ciddi mənfi təsir göstərib.
Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat naziri Natia Turnava məlumat verib.
Onun sözlərinə görə, Gürcüstan iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcmi cari ilin birinci rübündə 165,4 milyon dollar təşkil edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 41,7 faiz azdır.
Bildirilib ki, bu göstərici 2009-cu ildən indiyədək ən aşağı göstəricidir.
Qeyd olunub ki, 2019-cu ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına 283,6 milyon dollar investisiya cəlb olunub.