XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

12 Avqust 2020 - 12:17

Pekin aeroportlarında 600-dək reys təxirə salınıb

Çinin paytaxtı Pekində leysan yağıntıları ilə əlaqədar iki iri beynəlxalq hava limanında 600-ə yaxın reys təxirə salınıb.

Trend-in məlumatına görə, Dasin hava limanında 246 reys ləğv edilib. Cədvələ əsasən, hava limanı planlaşdırılan uçuşların yalnız 40 faizini həyata keçirə bilib. Daha 44 reys isə ləngiyib.

Şoudu hava limanında isə 349 reys ləğv edilib, 130 reys isə ləngiyib.

Pekində gün ərzində 80 millimetrədək yağıntının düşəcəyi gözlənilir. Bəzi rayonlarda bu göstərici 200 millimetri də keçə bilər.