XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

12 Avqust 2020 - 17:12

Belarusda polislər etirazçılara odlu silahdan atəş açıb –Yaralanan var

Belarusun Brest şəhərində polis əməkdaşları onların üzərinə armaturla hücum edən nümayişçilərə qarşı odlu silahdan atəş açıb.

Bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.

Bildirilib ki, hadisə nəticəsində 1 vətəndaş yaralanıb.

Qeyd edək ki, Belarus DİN-in bugünkü açıqlamasında iğtişaşlar zamanı mindən çox nümayişçinin saxlanıldığı, hüquq-mühafizə orqanlarına hücum faktı ilə bağlı 17 cinayət işinin açıldığı vurğulanıb.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Report