XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 August 2020 - 18:38

Ukrayna MDB-nin daha bir neçə sazişindən çıxıb –Hökumətdən qərar

Ukrayna MDB çərçivəsində imzalanmış daha bir neçə sazişdən çıxıb.

Bununla bağlı müvafiq qərarı bu gün Ukrayna Nazirlər Kabineti qəbul edib.

Ukrayna MDB dövlətlərinin sərhəd qoşunları üçün hərbi kadrların ixtisaslaşmasının təkmilləşdirilməsi və hazırlanması sahəsində əməkdaşlıq haqqında saziş, mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişdən çıxıb, habelə MDB Mədəni Əməkdaşlıq Şurası və MDB Sərhəd Qoşunları Komandanları Şurasını tərk edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna MDB-nin daha bir neçə sazişindən çıxıb/APA.