XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

12 Avqust 2020 - 21:59

Çində bağlamalar üzərində koronavirus aşkarlanıb

Çinin şərqindəki Anhoy əyalətində yenidən koronavirus infeksiyası aşkar edilib.

Trend-in məlumatına görə, virus Ekvadordan idxal edilmiş krevetka bağlamasının üzərində tapılıb.

Qeyd olunur ki, bağlama ekspertizaya aparılıb. Həmin bağlama ilə təmasda olmuş şəxslərin üzərində keçirilmiş testlər mənfi nəticə verib. Bağlamanın yaxınlığında olan digər əşyalar da yoxlamaya göndərilib.

Ötən gün Şandun əyalətində dondurulmuş dəniz məhsulları bağlamasında koronavirus aşkar edilmişdi.