Ermənistan hökuməti ölkədə fövqəladə vəziyyət rejimini daha bir ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Azərtac xəbər verir ki, qərar əsasən fövqəladə vəziyyət rejimi sentyabrın 11-dək uzadılıb.
Ermənistanın ədliyyə naziri Rustam Badasyan bildirib ki, buna ölkədə COVID-19 virusundan ölüm hallarının hələ də çox yüksək səviyyədə qalması səbəb olub.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı təsdiq edilmək üçün parlamentə göndərilib.
Qeyd edək ki, son sutka ərzində Ermənistanda daha 201 nəfərdə koronavirus aşkarlanıb. Ölkədə koronavirusa yoluxanların sayı 40 min 794 nəfərə, pandemiya qurbanlarının sayı 806 nəfərə çatıb. Son 24 saat ərzində ölkədə daha 234 koronavirus xəstəsi başqa səbəblərdən ölüb.