XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

13 Avqust 2020 - 11:12

Türkiyə məktəblərində yeni tədris ili necə başlanılacaq?- Məlum oldu

Türkiyədə 2020-2021-ci tədris ili yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən distant üsulla başlanacaq. Bu üsulla tədris prosesinə avqustun 31-də start veriləcək.

Azərtac xəbər verir ki, bu barədə qərar Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin tövsiyəsi əsasında qəbul olunub. Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk məlumatında bildirib ki, normal tədris prosesinin sentyabrın 21-də başlanması planlaşdırılır. Koronavirusla bağlı ölkədəki vəziyyət və bunun məktəblərə təsiri sentyabrda yenidən dəyərləndiriləcək.

Qeyd edək ki, Türkiyədə koronovirus infeksiyasına gündəlik aşkarlanan yoluxma sayı 1200 nəfərə yaxındır.