XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

13 Avqust 2020 - 14:25

Belarusun bir neçə məşhur teleaparıcısı istefa verib

Avqustun 11-dən başlayaraq Belarusda dövlət KİV-dən 8 əməkdaş istefa verib.

“Report” “Tut.by”a istinadən xəbər verir ki, işini tərk edən əməkdaşlar arasında dövlətə məxsus “Belarus-1” və STV kanalları, həmçinin Birinci radionun da jurnalistləri var.

Onların sırasında “Belarus-1” kanalının məşhur teleaparıcı Yevgeni Perlin də var.

“Mənim Belarusuma nə oldu? Mən televiziyada 2009-cu ildən canlı yayımlarda işləyirəm. Qərar verdim ki, mənim “Belarus-1”dəki bugünkü efirim sonuncudur. Qərarıma heç kəs təsir etməyib, özüm qəbul etmişəm”, – aparıcı “Facebook”da açıqlayıb.

“Tut.by”ın açıqladığı 8 nəfərdən başqa, dövlət telekanalında hərbi “Arsenal” verilişini aparan “Vladimir Burko da istefa verib:

“Verilişdə anlatdığım əsgər və texnikaların öz xalqımıza qarşı tətbiq ediləcəyi heç qorxulu yuxuma da girməzdi”.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.