XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 21:16

ABŞ Rusiyada terror təhlükəsi barədəxəbərdarlıq etdi

ABS

ABŞ-ın Moskvadakı səfirliyi öz ölkəsinin vətəndaşlarına Rusiyada, əsasən də paytaxtda terror təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə diplomatik missiyanın mətbuat katibi Uilyam Stivens bildirib.

Azərtac Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, səfirliyin məlumatında Rusiyada terrorla bağlı riskin hələ də yüksək olması səbəbindən Amerika vətəndaşlarına diqqətli davranmaq tövsiyə edilir.

Sənəddə qeyd olunur ki, səhih mənbələrin məlumatına əsasən, terrorçular Avropada aktiv olaraq hücum planları hazırlayır. Bu hazırlıqlar, həmçinin Rusiyada, əsasən də Moskvadakı hədəfləri əhatə edir. Hədəflərin arasında restoranlar, turizm məkanları və nəqliyyat kimi ictimai yerlər ola bilər.

Xatırladaq ki, martın əvvəlində Dövlət Departamenti İŞİD qruplaşmasının Avropada terror hücumları planlaşdırdığını bildirib. Qurumun məlumatına görə, yaraqlılar iri idman tədbirləri, teatr, bazar, aviasiya xidmətləri, nəqliyyat və ictimai yerləri hədəf alıblar.