İrandan Mursinin edam qərarına münasibət: “Təəssüfləndiricidir!”
İranın Xarici İşlər Nazirliyi Misir məhkəməsinin sabiq ölkə başçısı Məhəmməd Mursinin haqqında çıxarılan edam hökmünə münasibət bildirib.
Avropa.info xəbər verir ki, nazirliyin verdiyi yazılı açıqlamada verilən hökmün təəssüf hissi ilə qarşılandığı bildirilir.
Açıqlamada həmçinin bəzi ixtilaflı məsələlərin siyasi partiyalar və təşkilatlar arasında müzakirə yolu ilə həll etməyin mümkünlüyü vurğulanıb.
İranın İRNA xəbər agentliyi isə xarici işlər nazirliyinin mətbuat katibi Mərziyə Əfhamın məsələylə bağlı “Misirin mövqeyi çox qədimdir. Bəzi problem və ixtilafların Misir inqilabının səbəblərinə uyğun olaraq həll edilməsi mümkündür” dediyini yazıb.