XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2016 - 21:55

Azərbaycanlı İŞİD-inbaş komandanı olacaq

isid-66.jpg

“İslam dövləti” (İŞİD) terrorçu qruplaşmasının başkəsənlər ordusuna komandanlıq edən çeçen Öməl əl-Şişaninin (Tarxan Batiraşvili-çeçen əsilli gürcü) Amerika aviasiyasının zərbələri ilə məhv edilməsindən sonra onun yerini tutmağa əsas namizəd azərbaycanlıdır.

Virtualaz.org xəbər verir ki, bu haqda “Əl-Ərəbiyə” telekanalının ingilisdilli versiyası məlumat yayıb.
Əl-Şişani ötən həftə Suriyanın şimalına Amerika aviasiyasının zərbələrinə tuş gəlib. Pentaqon onun böyük ehtimalla bombardman yerində öldüyünə dair məlumat yayıb. Daha sonra bu qəddar terrorçunun ölmədiyi, ağır yaralandığı və Raqqa şəhəri ətrafındakı hospitalda koma vəziyyətində olduğu haqda xəbərlər yayılıb.

Bir neçə gün sonra Ağ Ev təsdiq edib ki, əl-Şişani aldığı ağır yaralardan ölüb.
“Əl-Ərəbiyə” kanalı terrorçu qruplaşmanın daxilindəki mənbələrə istinadən xəbər verir ki, hazırda onun yerini kimin tutacağına dair ziddiyətli məlumatlar var.


Bununla belə İŞİD komandirlərinin bir hissəsinin İraqa göndərilməsindən sonra qruplaşma daxilində azərbaycanlı komandirlərin rolu artıb.

Mənbələr deyiblər ki, hazırda İŞİD ordusunun komandanı vəzifəsinə iki azərbaycanlı komandir namizəddir. Onlar İŞİD-in Suriyadakı qüvvələrində hərbi əməliyyatlar və kəşfiyyat üzrə aparıcı rola malikdirlər.

Telekanala danışan mənbə deyib ki, onlardan biri İraqda gedən döyüşlərin veteranıdır, ingilis dilində yaxşı danışır, “Cundullah” qruplaşmasının Azərbaycan özəyinin üzvü olub.

Əl-Şişaninin tabeçiliyi altında keçmi sovet respublikalarından, o cümlədən Azərbaycan, Dağıstan və Çeçenistandan gedənlər də döyüşür.

Onların əksəriyyəti təşkilatlanmış formada Suriyaya gedənlərdir. Suriyaya gedən “tənha” xaricilər isə İŞİD-in sıralarında yüksək postla tuta bilmirlər. Deyr əz-Zor şəhərindəki mənbə deyib ki, belələləri adətən bomba yüklü İŞİD avtomobillərinin sürücüsü olurlar və kamikadze kimi istifad edilirlər.

Qafqazlılar isə Suriyaya dəstələr halında, Türkiyə üzərindən keçiblər. Onlar yerlilərə qaynayıb-qarışmaqdan imtina ediblər və öz icmalarını yaradıblar.

Çünki sayları çox olduğundan buna imkanları olub. Hama əyalətində qafqazlı döyüşçüləri izləmək imkanı olan insan haqları fəalı Obada Koijan deyir ki,azərbaycanlı İŞİD-çilər çeçenlərdən və özbəklərdən daha qəddardır.

Bu yaxınlara qədər Raqqada yaşayan jurnalist Əkzam Əlvani isə deyir ki, onun şəhərində azərbaycanlı İŞİD döyüçüləri çox harınlıq və qəddarlıq edirdilər.

Ötən ilin aprelində Raqqadakı məscidlərdən birinin azərbaycanlı imamı yerli qadınların “xarici döyüşçülər üçün həddən artıq cəlbedici olduğu üçün “kütləvi sünnət edilməsinə çağırıb . Azərbaycanlı imamın bu çağırışı yerli əhali arasında qəzəblə qarşılanıb. İmamın çıxışının şahidi olan Əlvani deyir ki, ertəsi gün onun cəsədini tapıblar.

Çünki qadınların kütləvi sünnət edilməsinə çağırış İŞİD rəhbərliyinin də xoşuna gəlməyib.Təşkilat bununla qadınların İŞİD-ə qoşulmaqdan çəkinə biləcəyini düşünüb.

Əlvani danışıb ki, çeçenlərin həddən artıq qəddarlıq etmələri səbəbindən dağıstanlılarla onların arasında münaqişə yaranıb. Habelə Rusiyanın hava zərbələrinə başlamasından və bir çox İŞİD hədəflərinin vurulmasından sonra terror qruplaşmasında çeçenlərə etimad azalıb. Onlara “rusların agentləri” kimi baxmağa başlayıblar və şübhələnirlər ki, hədəflərin koordinatlarını çeçenlər ötürə bilər.

“Azərbycandan olan “əmirlər”in rolu isə əksinə, artmaqdadır. Hazırda “Cundullah” qruplaşmasının İŞİD-dəki rolu xeyli artıb”-Əlvani deyib.