XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

13 Avqust 2020 - 23:20

BƏƏ İsraillə diplomatik əlaqələri bərpa edən ilk ərəb ölkəsi oldu

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında diplomatik əlaqələrin qurulması barədə razılıq əldə edilib.

Azərtac xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə iki ölkənin liderlərinin bəyanatı həm də İsrailin Fələstin ərazilərinin ilhaqını dayandırmaq deməkdir.

Razılıq ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş Naziri Benyamin Netanyahu və BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayid arasında danışıqların yekunu olaraq imzalanıb. Sənəddə deyilir ki, Yaxın Şərqdə vəziyyətin sabitləşməsi istiqamətində atılan bu addım regionun inkişafına xidmət edəcək.

BƏƏ-nin vəliəhd şahzadəsi bildirib ki, diplomatik əlaqələrin qurulması İsrailin Fələstin torpaqlarını ilhaqının qarşısını alacaq. İsrailin Baş Naziri Beynyamin Netanyahu isə ölkəsinin ərəb dünyası ilə münasibətlərin normallaşmasında maraqlı olduğunu bəyan edib.

Vaşinqton digər ərəb ölkələrini də İsraillə münasibətləri normallaşdırmağa çağırıb.