XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

13 Avqust 2020 - 23:46

Litva xarici vətəndaşların ölkəyə girişinə qadağanı müzakirə etməyə hazırlaşır

Hazırda qüvvədə olan bəzi Avropa ölkələrindən gələn xarici vətəndaşların Baltikyanı ölkələrin ərazisinə girişinə qoyulan qadağalar yenidən müzakirə oluna bilər.

Azərtac xəbər verir ki, bu sözləri Litvanın Baş Naziri Saulyus Skvernyalis jurnalistlərə müsahibəsində söyləyib.

“Bu məsələni bir daha müzakirəyə çıxarmalı olacağıq. Bu gün nazirlər ilə qeyri-rəsmi şəkildə danışıqlar apardıq. Çünki bu cür templə Litvanın qadağa qoyduğu Avropa İttifaqı ölkələrinin sayı 20-yə çatmış olacaq”, – deyə Baş Nazir bildirib.

S. Skvernyalis Avropa İqtisadi zona ölkələri, İsveçrə, Böyük Britaniya və Şimali İrlandiyadan olan xarici vətəndaşların Litva ərazisinə girişinə qoyulan qadağaları müəyyənləşdirən virusa yoluxma meyarlarının Latviya və Estoniya ilə birgə müzakirə edilməli olduğunu hesab edir.