XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

14 Avqust 2020 - 10:27

İngiltərədə karantinin yüngülləşdirilməsinin növbəti mərhələsinə keçiləcək –Sabahdan

Avqustun 15-dən İngiltərədə bovling salonları, kazinolar açılır, 30 nəfərə qədər kiçik toy mərasimlərinə və qapalı məkanlarda canlı musiqili performanslara icazə veriləcək. 

Baş Nazir Boris Conson bu həftə sonu iqtisadiyyatın daha bir hissəsini açmağı və daha çox insanın işə qayıtmasına imkan veriləcəyini deyib: “İnsanların çoxu qaydalara uyğun hərəkət edərək virusa nəzarət etmək üçün əllərindən gələni edir. Ancaq diqqətimizi qorumalıyıq və bununla qənaətlənməməliyik”.

Boris Conson qeyd edib ki, qaydaları dəfələrlə pozanlara qarşı istifadə etmək üçün mövcud səlahiyyətlər gücləndirilir. Yeni qaydalara əsasən maska taxmaqdan imtina üçün cərimələr 3,200 funt sterlinqə qədər çatdırılır.

Qeyd edək ki, qaydaların yüngülləşdirilməsi yalnız İngiltərəyə aiddir. Şotlandiya, Uels və Şimali İrlandiya məhdudiyyətlərin asanlaşdırılması üçün öz vaxtlarını təyin etmək haqqına malikdirlər. (apa)