XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2020 - 14:43

İranda koronavirus:son sutkada 169 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 169 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 19 333 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 501 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 338 825 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 293 811 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 956 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)