XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Mart 2016 - 01:14

Əhməd Davudoğlu:"Avropa İttifaqı 2018-ci ilin sonunadək Türkiyəyə 6 milyard avro ayıracaq"

ai-turkiye-1

 

Avropa İttifaqı 2018-ci ilin sonunadək qaçqın böhranı ilə əlaqədar Türkiyəyə 6 milyard avro ayıracaq.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldə bəyan edib.

“İlk 3 milyarddan biz yaxın günlərdə istifadə etməyə başlayacağıq. Əlavə 3 milyard 2018-ci ilin sonunadək ayrılacaq”, – deyə Ə.Davudoğlu bildirib.

Aİ-Türkiyə sazişində qeyd olunub ki, qaçqınların tibb, təhsil, infrastruktur, qida və s. ehtiyacları üçün nəzərdə tutulan layihələrin siyahısı bir həftə ərzində tərtib olunacaq. Sənəddə vurğulanır ki, ikinci maliyyə tranşı birinci 3 milyard sərf edildikdən sonra ayrılacaq: “İlk 3 milyardlıq yardım paketi sərf edildikdən, bütün öhdəliklər yerinə yetirildikdən sonra, Avropa İttifaqı 2018-ci ilin sonunadək Türkiyə hökumətinə əlavə 3 milyard dollar ayıracaq”.  

Qeyd edək ki, martın 18-də Brüsseldə Avropa İttifaqı-Türkiyə sammiti keçirilib. Sammitdə miqrasiya böhranının nizamlanmasına dair birgə yekun planı yekdilliklə təsdiqlənib.