XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 March 2016 - 10:06

Parisdə terror törətmiş şəxslər yaxalanıb

 

paris teror

 

Martın 18-də Bruseldə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 13-də Parisdə törədilmiş terror aktının təşkilatçılarından hesab edilən Salah Abdeslam və digər 4 şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Əməliyyat zamanı ayağından yüngül yaralanmış Salah Abdeslam xəstəxanaya aparılıb. Vəkil Sven Mari məhkəmədə onun hüquqlarını qoruyacaq. Salah Abdeslamın Val de Marn yaxınlığında radikallaşmış şəxslər üçün nəzərdə tutulan Fresnes həbsxanasında saxlanılacağı bildirilir.

Belçikanın baş naziri Şarl Mişel ilə birlikdə keçirdiyi mətbuat konfransında Fransa Prezidenti Fransua Olland ölkəsinin ədliyyə orqanlarının Salah Abdeslamın ekstradisiyası ilə bağlı tezliklə müraciət edəcəklərini bildirib.