XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

16 Avqust 2020 - 09:11

Minskdə Lukaşenkoya dəstək mitinqi keçiriləcək –Bu gün

Hökumətyönlü “Belaya Rus” ictimai təşkilatı bu gün Minskdə Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkoya dəstək olaraq “həmrəylik mitinqi” keçirmək niyyətindədir.

Bu barədə təşkilatın Facebook səhifəsində məlumat verilib.

Təşkilatın açıqlamasında bildirilib ki, bazar günü saat 12.00-da (Bakı vaxtı ilə 13.00) Hökumət Evinin yaxınlığında, “Müstəqillik” Meydanında həmrəylik mitinqi keçiriləcək: “Mitinq tamamilə dinc şəraitdə baş tutacaq. Dövlət kursunu dəstəkləyən qüvvələr ora toplaşacaq”.

Həmçinin, qeyd edilib ki, mitinqdə Vətənini sevən, ölkənin iki əks düşərgəyə bölünməsinə qarşı olanların hamısı bir araya gələcək.