Belarusun Prezidenti Aleksandr Lukashenko Minsk şəhərinin mərkəzində yerləşən “Müstəqillik Meydanı”ndakı dəstək mitinqində çıxış edib.
Sputnik.by portalı xəbər verir ki, Prezident aksiyaçılara təşəkkürünü bildirib:
“Sizi bu meydana dəvət etmək istəmirəm, çox işiniz var, çörəyinizi təmin edirsiniz, uşaqları məktəbə hazırlamalısınız…
90-cı illəri xatırlayıram, insanlar burada qab-qacaqla dayanmışdılar, işçilər yemək istəyirdilər, uşaqlarına ərzaq tələb edirdilər. Mitinqlərin tərəfdarı deyiləm, amma təəssüf ki, sizi köməyə çağırmalı oldum, bu, mənim günahım deyil”/APA.