XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2020 - 23:51

Somalidə terror:aralarında yüksək vəzifəlilərin də olduğu 5 nəfər öldü, 28-i isə yaralandı

Somalinin paytaxtı Moqadişoda otellərin birinə edilən terror hücumu nəticəsində 5 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

Bu barədə “Frans Press” məlumat yayıb.

“Gubjug News” xəbər portalı is hadisə nəticəsində 28 nəfərin yaralandığını bildirib.

Yerli Təhlükəsizlik qüvvələrinin kapitanı Məhəmməd Hüseynin bildirdiyinə görə, “Elite Hotel” binası yaxınlığında maşına quraşdırılmış bomba partladılıb. Bunun ardınca bir qrup silahlı şəxs paytaxt elitası arasında məşhur olan otelə giriblər.

Bildirilir ki ölənlər arasında ölkənin yüksək vəzifəli məmuru da var, ölənlərinin sayının artacağı istisna edilmir/Report.