XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 10:44

Türkiyə 6 potensial “kamikadze”ninadını açıqladı

terror ankara

Türkiyə polisi potensial intiharçı ola biləcək PKK terror təşkilatının 6 üzvünü axtarır.

Bu barədə Trend "Milliyət" qəzetinə istinadən məlumat verir.

Axtarılanlar Əli Heydər Keleş, Aysel Özlü, Həvva Çustan, Əmrah Ərdoğan, Taner Yeşilbaş və Mehmet Erbeydir.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə nazirinin açıqlamasında bildirilmişdi ki, güclü partlayış nəticəsində 37 nəfər ölmüş, 125 nəfər isə yaralanmışdı.

Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görmüşdü.