XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Avqust 2020 - 15:12

Rusiyada koronavirus:pandemiya qurbanlarının sayı 15 740-a çatdı

Rusiyada son bir gündə daha 4 892 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 927 745 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 55 nəfər artaraq 15 740-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 736 101 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 690 nəfər. (report)