XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2020 - 13:11

Belarusda dövlət teleradio şirkəti tətil elan edib –Efir boş qalıb

Belarus Milli Dövlət Teleradio Şirkəti əməkdaşları tətilə çıxıblar, “Belarus 1” telekanalının canlı efiri boş qalıb.

600 nəfər şirkət binası qarşısında nümayişə çıxacağını elan edib.

Məlumata görə, tətili elan etmədən öncə onlar şirkət rəhbəri İvan Eysmonta məktub ünvanlayıblar. Məktubda işçilər seçki nəticələrini saxta elan olunması, MSK sədri Lidiya Yermoşinanın istefaya göndərilməsi, siyasi məhbusların azad edilməsi, KİV-də senzuranın ləğvini tələb ediblər.

Bildirilib ki, məktubu imzalayanların sayı 55-i ötüb. Qeyd olunub ki, şirkətin 1,5 min əməkdaşı mövcuddur. (report)